• 12.05.2020
  • 902
"2007-2015 Dövlət Proqramı" məzunlarının virtual konsertdə iştirakı
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual konsert proqramı təqdim edilib. Sözügedən konsert proqramında “2007-2015 Dövlət Proqramı” məzunları, gənc vokalçı, “Beynəlxalq müsabiqələr” laureatı, İtaliyanın “Academia Teatro Alla Scala Ballet School" ali musiqi məktəbində magistratura təhsili almış Azər Rzazadə və gənc skripkaçı, “Beynəlxalq müsabiqələr” laureatı, Rusiyanın "Московская Государственная Консерватория им. П.И.Чайковского" ali təhsil müəssisəsində bakalavriat təhsili almış Ceyla Seyidova öz ifaları ilə çıxış ediblər.
A.Rzazadə və C.Seyidovaya fəaliyyətlərində uğurlar arzu edirik!
 
 
 
 
1. Azər Rzazadənin çıxışı
 
 
2. Ceyla Seyidovanın çıxışı