Məzun hesabatı-qeydiyyat

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil müddətləri bitmiş və müvafiq ali təhsil müəssisələrindən məzun olmuş şəxslər hesabatı verməlidir.

Bu məqsədlə aşağıda göstərilən sənədlər Təhsil Nazirliyinə elektron poçt vasitəsilə (mezun@edu.gov.az) təqdim edilməlidir:
 

1. DİPLOMUN SURƏTİ (rus, türk, ingilis dillərindən başqa digər dillərdə olan sənədlər tərcümə olunmalıdır);

Qeyd 1: Təhsilini başa vurmuş lakin, hələ də ali məktəb tərəfindən diplom almayan məzunlar diplom təqdim olunanadək təhsil müəssisəsi tərəfindən təhsil aldıqları səviyyə üzrə təhsilini uğurla başa vurduqlarına və məzun olduqlarına dair rəsmi arayış təqdim etməlidirlər.

2. TRANSKRİPTİN SURƏTİ (qiymət cədvəli)(rus, türk, ingilis dillərindən başqa digər dillərdə olan sənədlər tərcümə olunmalıdır);

3. MƏZUN ANKET FORMASI

Qeyd 2: Məzunun anket formasını yüklədikdən sonra avtomatik olaraq ekranda açılmadığı təqdirdə zəhmət olmasa internet brauzerinizin endirilmiş fayllar bölməsini yoxlayın.


4. Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş "DP Təqaüd Kartı” Nazirliyə geri qaytarılmalıdır (sizə təqdim edildiyi təqdirdə);
 

BİLDİRİŞ: Təhsil Nazirliyi ilə hər bir tələbə arasında bağlanan müqavilənin 2.3.11-ci maddəsinə əsasən tədris müddəti bitdikdən sonra 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq və aldığı ixtisas üzrə Azərbaycan Respublikasında 5 (beş) il fasiləsiz işləmək mütləqdir.

 

Eyni zamanda, qeyd olunan müqavilənin 2.2.4-cü maddəsinə əsasən təhsil alan tərəfindən bu müqavilənin şərtləri pozulduqda Təhsil Nazirliyi çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb edə bilər.
 

Xüsusi qeyd: Təqdim edilən sənədlərdə saxtalaşdırma, qanunsuz hazırlama və s. halları aşkarlanarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) 320.2-ci bəndinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması üçün aidiyyəti üzrə müvafiq tədbirlər görüləcəkdir.