• 27.01.2023
  • 228
"2019-2023 Dövlət Proqramı" doktorantının təlimi

"2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının "University of Birmingham" ali təhsil müəssisəsində sosial siyasət, sosiologiya və kriminologiya ixtisası üzrə doktorantura təhsili alan Ülviyyə Xəlilova tərəfindən təlim keçirilmişdir. “Kəmiyyət tədqiqat metodları” adlı təlim 24 yanvar 2023-cü il tarixində Bakı Amerika Mərkəzinin təşkilatçılığı ilə  həyata keçirilmişdir. Təlim zamanı iştirakçılara tədqiqat sualının müəyyən edilməsi, tədqiqat dizaynının seçilməsi, nümunə ölçüsünün müəyyən edilməsi, məlumatların toplanması və təhlili, nəticələrə dair hesabatın hazırlanması kimi mövzularda ətraflı məlumat verilmişdir.