• 23.01.2023
  • 434
"2022-2026 Dövlət Proqramı" təqaüdçüsünün uğuru

"2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının "University of Texas at Austin" ali təhsil müəssisəsində neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan Cövdət Rəhimli 2022-ci ilin payız semestrini əla qiymətlərlə bitirdiyi üçün universitetin fəxri siyahısına daxil edilmişdir. Bununla əlaqədar olaraq, universitetin müvafiq departamenti tərəfindən tələbəyə təltif məktubu da göndərilmişdir.