• 30.11.2022
  • 298
"2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsil alan tələbələrlə görüş

"2022-2026 Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələrlə Dövlət Proqramı İdarəetmə Qrupu onlayn görüş keçirmişdir. Görüşün məqsədi tələbələrin təhsillərinin maliyyələşdirilməsi istiqamətində məlumatlılığın artırılması və tələbələri maraqlandıran sualların cavablandırılması olmuşdur. Qeyd edək ki, görüşlər 30 noyabr-2 dekabr 2022-ci il tarixlərində silsilə şəklində ölkələr üzrə həyata keçirilir. 30 noyabr 2022-ci il tarixində keçirilən ilk görüş Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, Kanada və ABŞ-da təhsil alan tələbələrlə olmuşdur.