• 28.11.2022
  • 422
“2019-2023 Dövlət Proqramı” doktorantlarının XXV Respublika Elmi Konfransında iştirakı

23-24 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının təhsil İnstitutunun təşkilatçılığı ilə Doktorant və Gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransı (NASCO XXV) keçirilmişdir. Konfransın keçirilməsində məqsəd doktorant və gənc tədqiqatçıları elmi yaradıcılığa fəal sürətdə cəlb etmək, apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

Qeyd edək ki, NASCO XXV Konfransına ümumilikdə 500-ə yaxın doktorant öz elmi-məqalələri ilə müraciət etmiş, 213 doktorantın məqaləsi konfransda iştirak etmək hüququ qazanmışdır ki, onlardan 9 doktorant “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alır:

23 noyabr 2022-ci il tarixində Konfransda iştirak edən “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alan doktorantlar və onların elmi-məqalələri:

· Türkiyə Respublikasının “İstanbul Üniversitesi” ali təhsil müəssisəsində tarix ixtisası üzrə doktorantura təhsili alan Alim Nəsirovun məqaləsi – “I Şah İsmayıl və I Təhmasib dövründə İspaniya ilə diplomatik yazışmalar (İspan mənbələri əsasında)”

· Türkiyə Respublikasının “İstanbul Üniversitesi” ali təhsil müəssisəsində tarix ixtisası üzrə doktorantura təhsili alan Dilqəm Əhmədovun məqaləsi – “Əbdüləli bəy Əmircanın mühacirət həyatı onun xatirə və məktublarında (Türkiyə arxivləri və mətbuatında)”

· Malayziyanın “University of Malaya” ali təhsil müəssisəsində sosiologiya ixtisası üzrə doktorantura təhsili alan Elçin Hüseynovun məqaləsi – “The impact the “Post-Soviet Country” label on Azerbaijan`s national identity under Said`s prism of “Orientailsm””.

24 noyabr 2022-ci il tarixində Konfransda iştirak etməsi nəzərdə tutulan “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alan doktorantlar və onların elmi-məqalələri:

· ABŞ-ın “University of South Carolina” ali təhsil müəssisəsində Kimya mühəndisliyi ixtisası üzrə doktorantura təhsili alan Kənan Şıxəliyevin məqaləsi – “Zeolite-based catalysts for the catalytic conversion of oxygenated polymers”

· Böyük Britaniyanın “University of Aberdeen” ali təhsil müəssisəsində İnşaat mühəndisliyi ixtisası üzrə doktorantura təhsili alan Kənan İbrahimovun məqaləsi – “Flinite element modelling of bolted connections for moment-resisting frames in seismic resillient buildings”

· Türkiyə Respublikasının “İstanbul Üniversitesi” ali təhsil müəssisəsində Tibbi biologiya ixtisası üzrə doktorantura təhsili alan Aidə Adıkozalovanın məqaləsi – “Membranoz qlomerulonefrit xəstələrində GDF-15 və PLA2R1 (rs35771982) polimorfizmi ilə əlaqəsinin araşdırılması”

· Türkiyə Respublikasının “İstanbul Üniversitesi” ali təhsil müəssisəsində Əmək iqtisadiyyatı və sənaye münasibətləri ixtisası üzrə doktorantura təhsili alan Əli Rzayevin məqaləsi – “Sosial siyasətdə işçi qüvvəsini qoruyan minimal əmək haqqı siyasəti”

· Türkiyə Respublikasının “İstanbul Üniversitesi” ali təhsil müəssisəsində Ekonometrika ixtisası üzrə doktorantura təhsili alan Həsrəddin Quliyevin məqaləsi – “The relationship between Artificial Intelligence, big data, and unemployement: New insights from dynamic panel data model of the G7 countries”

· Türkiyə Respublikasının “İstanbul Üniversitesi” ali təhsil müəssisəsində Əmək iqtisadiyyatı və sənaye münasibətləri ixtisası üzrə doktorantura təhsili alan Qafar Şamilovun məqaləsi – “Qloballaşmanın əmək münasibətlərinə və məşğulluğa təsiri”

Qalereya