• 22.11.2022
  • 368
Dövlət Proqramı doktorantlarının XXV Respublika elmi konfransında iştirakı
Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 23-24 noyabr 2022-ci il tarixlərində doktorant və gənc tədqiqatçıların XXV Respublika elmi konfransının keçiriləcəkdir. Konfransın keçirilməsində məqsəd doktorant və gənc tədqiqatçıları elmi yaradıcılığa fəal sürətdə cəlb etmək, apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.
Elmi konfransın aşağıdakı istiqamətlərdə keçiriləcəkdir:
 
* Təbiət elmləri (fizika, kimya, biologiya, biotexnologiya, tibb elmləri, neft-kimya, ətraf mühit, yer haqqında elmlər, aqrar elmlər və s.);
* İKT və mühəndislik (elektrik, qazma, robotexnologiya, maşınqayırma, avtomatlaşdırma və inşaat mühəndisliyi, süni intellekt, data elmi, kibertəhlükəsizlik və s.);
* Sosial-humanitar elmlər (təhsil, sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, metodika, iqtisadiyyat və s.).
 
Doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransının materiallarının Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas elmi nəticələrinin dərc olunduğu elmi nəşrlər siyahısına daxil edilməsi böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, elmi konfransın açılış mərasimində "2019-2023 Dövlət Proqramı" çərçivəsində Berlin Texniki Universitetində doktorantura təhsili alan Günay Kazımzadə spiker olaraq çıxış edəcəkdir. Eyni zamanda, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan doktorantlar onlayn qoşularaq öz mövzularını təqdim edəcəklər.