• 22.11.2022
  • 81
"2019-2023 Dövlət Proqramı" doktorantlarının elmi-məqaləsi

"2019-2023 Dövlət Proqramı" çərçivəsində Fransa Respublikasının "Montpellier University" ali təhsil müəssisəsində təbiət ixtisas istiqamətinin bioinformatika ixtisası üzrə doktorantura təhsili alan Zərifə Osmanlının "The Difference in Structural States between Canonical Proteins and Their Isoforms Established by Proteome-Wide Bioinformatics Analysis" adlı məqaləsi nəşr olunmuşdur. Qeyd edək ki, məqalənin həmmüəlliflərindən (Theo Falgarone, Türkan Səmədova, Gudrun Aldrian, Jeremy Lecrercq, İlham Şahmuradov və Andrey V. Kajava) biri olan Türkan Səmədova da "2019-2023 Dövlət Proqramı" çərçivəsində eyni universitetin İmmunogenetika ixtisası üzrə doktorantura təhsilini davam etdirir.