• 17.11.2022
  • 835
ADA-CVU ikili diplom proqramına sənəd qəbuluna start verilir

“2019-2023 Dövlət Proqramı” çərçivəsində ADA Universiteti və ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universiteti arasında magistratura səviyyəsində həyata keçirilən“Kompüter elmləri və data analitikası” və “Elektrik və elektroenergetika mühəndisliyi” ixtisasları üzrə sənəd qəbuluna 17 noyabr 2022-ci il tarixindən start verilir.

Sənəd qəbulu 1 aprel 2023-cü il tarixinədək davam edəcək və maraqlanan namizədlər qeyd olunan tarixə qədər ADA Universitetinin onlayn ərizə formasını tamamlayaraq sənədlərini onlayn formada universitetə göndərə biləcəklər.

İkili diplom proqramları, qəbul şərtləri və mərhələlər barədə daha ətraflı məlumat üçün ADA Universitetinin müvafiq veb səhifəsinə (Kompüter elmləri və verilənlərin təhlili, Elektrik və elektroenergetika mühəndisliyi) keçid edə bilər və ya 0124373235 (daxili 307) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.