• 13.09.2022
  • 745
"2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsil alan proqram iştirakçıları ilə görüş
Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən xaricdə bakalavriat və magistratura təhsili üzrə proqram iştirakçısı adını qazanmış tələbələrlə onlayn görüş keçirilmişdir.
Görüşün məqsədi  “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası” çərçivəsində həyata keçirilən maliyyə prosesslərinin proqram iştirakçıları ilə əlaqələndirilmədən, tələb olunan sənədləri müvafiq qaydada təqdim edilməsinə dair məlumatlandırılmadan ibarət olmuşdur. Görüşün sonunda proqram iştirakçıları tərəfindən ünvanlanan suallar cavablandırılmışdır.