• 09.09.2022
  • 401
"Media və təhsil dialoqu"nda "Xaricdə təhsil üzrə dövlət proqramları" haqqında

Sentyabrın 9-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün təşkil edilən "Media və təhsil dialoqu" mövzusunda təlim-seminarın ikinci günü keçirilmişdir.

Təlimin məqsədi təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və təhsil sahəsi üzrə görülən işlər, yeniliklərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Təlimin ikinci günündə "2019-2023 Dövlət Proqramı" İdarəetmə Qrupunun rəhbəri Turan Topalova "Xaricdə təhsil üzrə dövlət proqramları" adlı mövzuda çıxış etmişdir. Turan Topalova xaricdə təhsilin önəmindən, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsindən, mövcud dövlət proqramlarından bəhs edərək dövlət proqramı çərçivəsində təhsil alan proqram iştirkaçılarına dair statistik məlumatlar vermişdir. Sonda İdarəetmə Qrupunun rəhbəri media tərəfindən verilən sualları cavablandırmışdır.