• 14.09.2022
  • 443
"Kənd təsərrüfatı" ixtisas istiqaməti üzrə təqaüdlə xaricdə doktorantura proqramı

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində "Kənd təsərrüfatı" ixtisas istiqaməti üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahə üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2022-ci il üzrə ikinci sənəd qəbulunda iştirak etməyə dəvət edir.

"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər.

Proqrama müraciət tarixləri 15 iyul - 30 sentyabr 2022-ci ili əhatə edir.

Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya dpinfo@edu.gov.az mail ünvanına müraciət oluna bilər.