• 10.08.2022
  • 261
BMU-İNHA beynəlxalq ikili diplom proqramı tələbələrinin yay məktəbi

Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının əsas komponentlərindən biri də proqram tələbələrinin İNHA-da təşkil edilən yay məktəbində iştirakıdır.

Hazırda 1 avqust tarixindən səfərə qədər İNHA-nın yay məktəbinin dərsləri 1 həftə müddətində onlayn şəkildə davam etdirilmiş və ilkin olaraq tələbələrin bir qismi 9 avqust 2022-ci il tarixində İNHA-nın yay məktəbində iştirakı üçün yola düşmüşdür. Bu dəfəki səfərdə 26 nəfər tələbəyə BMU-nun Mühəndislik fakultəsinin dekanı Hüseyn Mirzəyev rəhbərlik edir.

10 avqust və 12 avqust BMU-İNHA İDP tələbələrinin digər qisminin qruplar şəklində yola düşməyi gözlənilir.