• 01.08.2022
  • 429
"2019-2023 Dövlət Proqramı" doktorantı yay məktəbində
"2019-2023 Dövlət Proqramı" çərçivəsində İtaliyanın Sapienza Universitetində təhsil alan Cavid Misirli 11-15 iyul 2022-ci il tarixlərində doktorantlar üçün təşkil edilmiş yay məktəbində (Summer School of Information Engineering - SSIE 2022) iştirak etmişdir. Yay məktəbi IEEE İtaliya və İnformasiya Mühəndisliyi departamentinin birgə təşkilatçılığı ilə Padova Universitetində baş tutmuşdur. 145 nəfər doktorantın iştirak etdiyi yay məkbəti İtaliyanın Bressanone şəhərində keçirilmişdir. Yay məktəbinin əsas məqsədi fərqli universitetlərdən olan tədqiqatçıları bir araya toplamaq, İKT sahəsində aktual mövzulara dair professorlar tərəfindən seminarların və tələbə workshop-larının təşkilindən ibarətdir.