• 12.06.2022
  • 197
"2019-2023 Dövlət Proqramı" doktorantının seminarı

"2019-2023 Dövlət Proqramı" çərçivəsində Kanadanın Alberta Universitetində doktorantura təhsili  alan Şahin Atakişiyev  iyunun 6-da Bakı Mühəndislik Universitetində doktoranturadakı tədqiqat layihəsi ilə bağlı seminar keçirmişdir. "Sürücüsüz avtomobillərdə təhlükəsiz, izah edilə bilən və nizamlanan idarəetməyə doğru" mövzusunda keçirilən seminarda Şahin Atakişiyev ətraflı məlumat vermiş, iştirakçıların suallarını cavablandırmışdır.

Qeyd edək ki, "2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci ilin ikinci sənəd qəbuluna iyul ayında start veriləcəkdir.