• 09.06.2022
  • 323
Xaricdə təhsilə dair canlı məlumat sessiyası

“2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsilinə dair 2022-ci il üzrə sənəd qəbulu üçün ilk məlumat sessiyası 08.06.2022-ci il tarixində həyata keçirilmişdir. Sessiyadsa xaricdə bakalavriat və magistratura səviyyələrində təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə qaydaları haqqında məlumat verilmişdir.

Qeyd edək ki, məlumat sessiyaları silsilə şəklində həyata keçiriləcəkdir, növbəti sessiya haqqında məlumat əldə etmək üçün sosial media hesabalarını və ya rəsmi veb-səhifəni izləməyiniz tövsiyə olunur.

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura səviyyəsi üzrə təhsilinə dair sənəd qəbulunun son müraciət tarixi 27.06.2022-ci ildir.