• 03.06.2022
  • 191
Corc Vaşinqton Universitetinin professoru ADA-da
Corc Vaşinqton Universitetinin professoru, eyni zamanda,  "Elektrik və Kompüter mühəndisliyi" departamentinin rəhbəri və "Yüksək performanslı kompüter laboratoriyası"nın direktoru professor Tarek əl-Qəzəvi mövcud əməkdaşlıq çərçivəsində ADA Universitetinə gəlib.
 
ADA-nın İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin qonağı olan professor, ADA və CV Universitetləri arasında Dövlət Proqramı çərçivəsində icra olunan ikili diplom proqramlarının tələbələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.
 
Əl-Qəzəvi yüksək performanslı kompüterlər, big data, süni intellekt və əşyaların internetinin konvergensiyası mövzusunda seminarla da çıxış edib. Mayın 23-də baş tutan seminar ADA Universiteti və Elektrik və elektronika mühəndisləri İnstitutu (IEEE) tərəfindən təşkil olunub və böyük maraqla qarşılanıb.
 
Qeyd edək ki, hazırda ADA və CV Universitetləri "Kompüter elmləri və Data Analitikası" və "Elektrik və Elektroenergetika mühəndisliyi" ixtisasları üzrə ikili diplom proqramları təklif edir. Proqramlarla maraqlanan namizədlərin nəzərinə çatdıraq ki, sənəd qəbulu üçün ikinci son müraciət tarixi 1 iyundur.