• 17.01.2022
  • 113
"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə dair canlı yayım
Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşlarını 2022-ci il sənəd qəbulunda iştirak etməyə dəvət edir.
 
Prioritet ixtisas istiqamətləri üzrə dünyanın top 500 universitetində doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün “2019-2023 Dövlət Proqramı”nın İnstagram səhifəsi üzərindən 18 yanvar saat 16.00-da canlı yayım həyata keçiriləcək.