• 14.01.2022
  • 166
"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2-ci məlumat sessiyası

“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üzrə 2022-ci il üzrə 1-ci qəbula dair 14.01.2022-ci il tarixində onlayn məlumat sessiyası həyata keçirilmişdir.

Məlumat sessiyasında xaricdə doktorantura təhsilinə qəbul üçün tələb olunan sənədlər, seçim meyarları və digər məsələlər müzakirə olunmuş və sonda namizədləri maraqlandıran suallar cavablandırılmışdır.

Qeyd edək ki, növbəti məlumat sessiyası 21.01.2021-ci il tarixində həyata keçiriləcəkdir.