• 14.01.2022
  • 799
"2007-2015 Dövlət Proqramı" məzununu yaxından tanıyaq
Dövlət Proqramını ölkəmizdə tətbiq edilən ən uğurlu və faydalı proqram hesab edirəm. Sözün əsl mənasında bacarıqlı və təhsil almaq istəyən gənclərin önünü açdığının çox şahidi olmuşam.” – DP məzunu Nicat Abbaslı
 
N.Abbaslı "2007-2015 Dövlət Proqramı" çərçivəsində 2013-2014-cü illərdə Niderland Krallığının “Utrecht University” ali təhsil müəssisəsində magistratura təhsil səviyyəsində “İctimai siyasət və idarəetmənin iqtisadiyyatı” ixtisası üzrə təhsil alıb. 
 
Hazırda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində Statistika və Araşdırmalar sektorunun müdiri vəzifəsində çalışır.
 
Gələcək fəaliyyətində N.Abbaslıya uğurlar arzu edirik.