• 13.01.2022
  • 212
"2007-2015 Dövlət Proqramı" məzununun uğuru
“2007-2015 Dövlət Proqramı” çərçivəsində 2010-2015-ci illərdə Türkiyənin “Ankara Üniversitesi” ali təhsil müəssisəsində “Urologiya” ixtisası üzrə rezidentura təhsili almış Pərviz Hacıyev Avropa Uşaq Urologiyası Cəmiyyətinin Təhsil Komitəsinə üzv seçilib.
 
P.Hacıyevi bu münasibətlə təbrik edir və gələcək işlərində ona uğurlar arzu edirik.