• 12.01.2022
  • 218
"2019-2023 Dövlət Proqramı"nın icra istiqamətlərinə dair canlı yayım

12 yanvar saat 16:00-da “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icra istiqamətləri barədə məlumat sessiyası keçiriləcək. Canlı yayımı Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən izləmək mümkündür. Mövzuya dair suallarınızı cavablandırılması üçün postun rəy bölməsində qeyd edə bilərsiniz.