• 11.01.2022
  • 205
"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə dair məlumat sessiyası

“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üzrə 2022-ci il üzrə 1-ci qəbula dair məlumat sessiyası həyata keçiriləcəkdir.

Məlumat sessiyasında xaricdə doktorantura təhsilinə qəbul üçün tələb olunan sənədlər, seçim meyarları və digər məsələlər müzakirə olunacaqdır.

Qeyd edək ki, prioritet ixtisas istiqamətləri üzrə dünyanın top 500 universitetində doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər proqrama müraciət edə bilər.

 

Görüşə dair məlumatlar:

Görüşün formatı: oflayn

Görüşün həyata keçiriəcəyi yer: Təhsil İnstitutu Təhsil Texnologiyalar Mərkəzi

Görüşün tarixi: 14.01.2022

Görüşün saat: 16.00

 

Qeyd edək ki, məlumat sessiyasında iştirak qeydiyyatladır və yerlər məhdud sayda olduğundan, qeydiyyatdan keçən namizədlərə iştirak üçün təsdiq maili göndəriləcəkdir. Qeydiyyat üçün son tarix  13.01.2022-ci il saat 17.00-dur.

 

Qeydiyyat üçün linkə keçid oluna bilər.