• 29.11.2021
  • 237
ADPU-CVU ikili diplom proqramına dair video-müsahibə

"2019-2023 Dövlət Proqramı" çərçivəsində Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təhsil və insan kapitalının inkişafı" ixtisası üzrə beynəlxalq ikili diplom proqramı həyata keçirilir. Sözügedən ikili diplom proqramının təlim prosesi, tədrisin təşkilinin xüsusiyyətləri, eləcə də 2022-2023-cü tədris ili üçün qəbul şərtləri barədə sualları cavablandrımaq üçün proqramın direktoru Dr. Tofiq Əhmədov və birinci kurs tələbəsi Rüfət Hüseynzadə tərəfindən potensial namizədlər üçün video-müsahibə hazırlanmışdır. Dr. Tofiq Əhmədov proqramın məqsədlərindən, üstünlüklərindən, Rüfət Hüseynzadə isə tələbə olaraq təlim prosesinin bir çox mühüm aspektlərindən danışmışdır. Proqramla maraqlananlar bu video-müsahibədə onları maraqlandıran bir çox suala cavab tapa bilərlər.