• 23.11.2021
  • 251
ADAU-Ege ikili diplom proqramında əcnəbi müəllimlər tərəfindən seminar

"2019-2023 Dövlət Proqramı" çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyənin Ege Universitetinin bakalavriat səviyyəsində “Aqronomluq”, “Bitki mühafizəsi”, “Aqromühəndislik” və “İqtisadiyyat” ixtisasları üzrə birgə həyata keçirdiyi beynəlxalq ikili diplom proqramı üçün ADAU-ya professor-müəllim heyəti dəvət olunmuşdur.

Dəvət olunan əcnəbi professor-müəllim heyətinin Tədqiqat və Təhsilin Keyfiyyətini Təkmilləşdirmə fəaliyyəti üzrə ADAU-nun professor-müəllim heyəti və tələbələri ilə bilik və təcrübələrini bölüşdürülməsi məqsədilə universitetin fakültələrində seminarların keçirilməsi nəzərdə tutulmuşdur.

İlk seminar 24 noyabr 2021-ci il tarixində saat 10:30-da ADAU-nun yeni tədris binasında Prof. Dr. Fazilet Alayuntun “Covid-19 özelinde iş sağlığı ve güvenliği” mövzusunda təşkil olunacaq.