• 17.11.2021
  • 571
Malayziya ilə ali təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin və Azərbaycanın Malayziyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Malayziyanın “Universiti Teknologi MARA” (UiTM) ali təhsil müəssisəsi ilə Azərbaycanın ali təhsil müəssisələri arasında mümkün əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi ilə ilk onlayn tanışlıq görüşü baş tutub.
 
Onlayn görüşdə Azərbaycan tərəfindən ölkəmizin Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq,  Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universiteti və Bakı Dövlət Universitetinin müvafiq sahə üzrə prorektorları, Malayziya tərəfindən isə UiTM-in vitse-kansleri Prof. Ts. Dr. Hajah Roziah Mohd Janor, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Dr. Hajah Zainab Haji Mohd Noor, dekanlar və digər əməkdaşlar iştirak ediblər.
 
Görüşdə hər iki tərəf təqdimatla çıxış edib, tibb, bərpa olunan enerji, hüquq və digər ixtisaslar üzrə mümkün əməkdaşlıq imkanlarını, o cümlədən ikili diplom proqramlarının təsis edilməsini, tələbə-müəllim heyətinin mübadiləsini və birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsini müzakirə ediblər.
Qalereya