• 14.10.2021
  • 459
"2019-2023 Dövlət Proqramı" doktorantının "Azerbaijani Women in Science" II Forumu çərçivəsində vebinarı
AWiS-in ilk vebinarı  “Azerbaijani Women in Science” II Forumu çərçivəsində Gənc tətqiqatçı və Nci.Labs-ın təsisçisi Mədinə Quliyeva  ilə “Akademiya ve Nanotibbdə qadınların rolu” mövzusunda olacaqdır.
 
Vebinarda müzakirə olunacaq mövzular:
-Akademiya &  Nanotibbdə qadınların rolu & karyera yolu
-Nanotibb elmi nədən bəhs edir ?
- Niyə bio-nano interfeysini öyrənmək vacibdir
- İndiki tibb və nanotibb ilə bio-nano interfeysin əlaqəsi
 
Mədinə Quliyeva London Universiteti Kollecində nanotibb üzrə "2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili alır. 2015 -ci ildə nevrologiya üzrə bakalavr dərəcəsini və eyni universitetdə "Nanotexnologiya və Rejenerativ Tibb" üzrə magistr dərəcəsini almışdır. Bu yaxınlarda BPP Hüquq Məktəbində Hüquq üzrə Lisansüstü (GDL) təhsili başa vurmuşdur. O, Azərbaycan Elm Assosiyasiyasinin həmtəsisçisi və sədr müavini vəzifəsində çalışmışdır. Mədinə Quliyeva ali təhsil müəssisəsində tədrisdə davamlı olaraq peşə inkişafına verdiyi tövhələrə görə 2018-ci ildə Ali Təhsil Akademiyasının (AFHEA) "Peşəkar üzv" dərəcəsinə layiq görülmüşdür. 2018 -ci ilin avqust ayında Francis Crick İnstitutunda reallaşan "Britaniyanin Nanotibb Cəmiyyəti" (BSNM) adından təşkil edilən "Gənc tədqiqatçıların görüşü"nün (ECRM18) təşkilat komitəsinin üzvü olmuşdur. 2020-ci ildə mükəmməl doktorluq araşdırması üçün Mədinə UCL-in Tibbi Elmlər Fakültəsi tərəfindən "Dekan Araşdırma Mükafatı"na namizəd olmuşdur. Dərsdənkənar fəaliyyətinin bir hissəsi olaraq Mədinə tələbələrə sahibkarlıq layihələri üzrə mentorluq etməkdən zövq alır. 2015-2017 ci illerde London Elm İnnovasiya Birliyi və UCL-də sahibkarının proqramı üçün təhsil rəhbəri olaraq çalışmışdır. O, nanohissəcik hüceyrə qarşılıqlı təsirinə zülal koronanın təsiri üzərində və doktorantura arashdirmasinin bir hissesi olaraq nanotibbde dərman tədarükündə inqilab etmək fikrini daha da inkişaf etdirməyə çalışır. Bu yaxınlarda Mədinə "məqsədli nano-dərman çatdırılma metodu"nu yenidən dizayn etməyi hədəfləyən "Nci Labs Limited" şirkətini təsis etmişdir. Hal-hazirda "Royal Free Hospital" cərrahi komandasinin bir hissəsi olaraq Milli Orqan Köçürülmə Xidmətində (NORS) qarın orqanlarının perfuzionisti (OPP) olaraq çalışır. 
 
Vebinarda iştirak etmək üçün mütləq qeydiyatdan keçin. 
 
Vebinar 15 Oktyabr 2021-ci il tarixində saat 19:00-da zoom platforması üzərindən baş tutacaq.