• 06.10.2021
  • 671
"2007-2015 Dövlət Proqramı" məzununun təyinatı

"2007-2015 Dövlət Proqramı" çərçivəsində 2009-2010-cu illərdə magistratura təhsil səviyyəsi üzrə Böyük Britaniyanın "University of Glasgow", doktorantura təhsil səviyyəsi üzrə isə Avstraliyanın "Deakin University" ali təhsil müəssisəsindən məzun olmuş Həsənov Rəşad Müsəllim oğlu Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri vəzifəsinə təyin edilmişdir. Yeni fəaliyyətində R.Həsənova uğurlar arzu edirik.