• 19.09.2021
  • 434
“Media və təhsil dialoqu”nda “2019-2023 Dövlət Proqramı” haqqında çıxış

16-17 sentyabr 2021-ci il tarixlərində Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyi tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirici təlim keçirilmişdir.

Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Təlimin ikinci günündə "2019-2023 Dövlət Proqramı" təqdimatı ilə İdarəetmə Qrupunun rəhbəri Turan Topalova çıxış etmişdir. Turan Topalova çıxışında Dövlət Proqramı çərçivəsində həyata keçirilən 4 beynəlxalq ikili diplom proqramlarının ölkəmiz üçün faydasından, tərəfdaş xarici ali təhsil müəssisələrindən, 2021-2022-ci tədris ili üçün tələbələrin proqrama qəbulundan danışmışdır.

Bununla yanaşı, “2019-2023 Dövlət Proqramı” çərçivəsində həyata keçirilən xaricdə doktorantura təhsili ilə bağlı dünyanın top 500-lüyündə yer alan universitetlərdən alınan qəbul sənədləri, yerli ali təhsil müəssisələrindən əldə edilən razılıq məktubu və statistik məlumatlar çıxışda öz əksini tapmışdır. Sonda Turan Topalova 2022-ci ilin yaz semestri üzrə xaricdə doktorantura təhsili üçün sənəd qəbuluna sentyabr ayının sonunda start veriləcəyinə dair məlumat vermişdir.