• 04.03.2020
  • 438
ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə oxumaq istəyənlərin nəzərinə
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında imzalanan ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbula start verilir.
 
Magistratura səviyyəsində təhsil iki il müddətində və ingilis dilində aparılacaq.
 
Sözügedən ikili diplom proqramı çərçivəsində təhsil almaq istəyənlər 30 mart 2020-ci il tarixinədək müraciət etməlidirlər.
 
İkili diplom proqramı ilə bağlı əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.