• 27.07.2021
  • 581
"2019-2023 Dövlət Proqramı" doktorantının vebinarı

“R proqramında bağırsaq xərçəngi xəstələrinə məxsus gen ekspressiyası informasiyasının analizi və Databazalarla tanışlıq” adlı vebinar

“2019-2023 Dövlət Proqramı” çərçivəsində  Essex Universitetində Molekulyar Tibb ixtisası üzrə doktorantura təhsili alan Aygün Azadova 8 iyul 2021-ci il tarixində Xəzər Universitetinin təşkilatçılığı ilə keçirilən vebinarda spiker qismində iştirak etmişdir.

 

Vebinarda aşağıdakı mövzulara toxunulmuşdur:

- Verilənlər elmi (Data Science) nədir və tədqiqatçılar üçün əhəmiyyəti

- Yeni Nəsil Sekvensləmə, DNT Mikroarray və ya DNT - CHİP texnologiyası

- Gene Expression Omnibus (GEO) data bazası və EnrichR veb alətində gen ekspressiyası, Gen Ontologiyası və KEGG analizi

- R proqramlaşdırma nədir, R-da ilkin əməliyyatlar, müxtəlif data strukturu ilə tanışlıq

- Bağırsaq xərçəngi xəstələrinə məxsus gen ekpressiyası informasıiyasının R - da kompleks analizi və vizuallaşdırılması (heatmap, vulcano plot)

Görüşün sonunda tələbələrə vebinarda təqdim edilən mövzuları əhatə edən təlimat kitabçası təqdim edilmişdir. Təlimat kitabçasını əldə etmək istəyən şəxslər vebinarın təşkilatçısı Xəzər Universitetinin “Həyat Elmləri” departamentinin müdiri Asəf Ömərovla aomarov@khazar.org və ya vebinarın spikeri Aygün Azadova aa20725@essex.ac.uk ilə əlaqə yarada bilərlər.