• 26.07.2021
  • 309
2021-ci il payız semestri üzrə xaricdə doktorantura təhsilinə dair “Azərbaycanda texniki tədqiqatların perspektivləri” mövzusunda vebinar

“2019-2023 Dövlət Proqramı” çərçivəsində 29 iyul 2021-ci il, saat 16:00-da “Azərbaycanda texniki tədqiqatların perspektivləri” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində Həbib Süleymanov və Cavid Misirli çıxış edəcəklər.

Həbib Süleymanov bakalavr təhsilini Bakı Mühəndislik Universitetində, magistr təhsilini isə Birləşmiş Krallığın Şeffild Universitetində alıb. 2013-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) çalışan Həbib Süleymanov hazırda Şeffild Universitetində Kimya və Biologiya Mühəndisliyi fakültəsində doktorantura təhsili alır.

Bakalavr və magistr təhsilini Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) alan Cavid Misirli, 2015-ci ildən həmin universitetdə çalışır. Bir neçə beynəlxalq layihənin iştirakçısı və elmi məqalələrin müəllifi olan Cavid Misirli hazırda İtaliyanın Sapienza Universitetində İnformatika üzrə doktoranturasında təhsil alır.

Vebinarın keçirilməsində əsas məqsəd Texniki və texnoloji ixtisas istiqamətinin perspektivlərinin müzakirəsi, Azərbaycanda sözügedən ixtisasın inkişafı, habelə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura səviyyəsi üzrə təhsil ixtisası proqramına qəbul barədə ətraflı məlumatın verilməsidir.

Vebinar "Microsoft Teams" proqramı üzərindən keçiriləcəkdir.

Vebinarda iştirak üçün son qeydiyyat tarixi: 28.07.2021-ci il

Vebinara qeydiyyat üçün linki keçiddən əldə edə bilərsiniz.