• 16.07.2021
  • 358
“İT mühəndisliyinin perspektivləri: şirkətlərdə rəqəmsal transformasiya" mövzusunda vebinar
Bakı Mühəndislik Universiteti və “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun birgə təşkilatçılığı ilə ölkədə mühəndislik ixtisaslarının təbliği məqsədilə vebinarlar davam etdirilir. Növbəti vebinar 22 iyul 2021-ci il saat 16:00-da “İT mühəndisliyinin perspektivləri: şirkətlərdə rəqəmsal transformasiya” mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində 15 il informasiya və kommunikasiya texlogiyaları (İKT) sahəsində təcrübəyə sahib olan, “Sourced Agile” şirkətinin təsisçisi və icraçı direktoru Anar Rüstəmov çıxış edəcək. 
 
2001-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakultəsinə qəbul olmuşdur. Bakalavr təhsilini 2005- ci ildə başa vuraraq, elə həmin il eyni universitetdə “Ehtimal nəzəriyyəsi və Stoxastik proseslər” üzrə magistr təhsili almışdır. İkinci magistr dərəcəsini TEMEP (Telecommunication Management and Economy Policy) proqramı üzrə Cənubi Koreyada, Seul Milli Universitetində almışdır (2009-2011). 2014- cu ildə sistemli analiz istiqaməti üzrə dissertasiya işini müdafiə edərək Texnika üzrə Fəlsəfə Doktoru (PhD) elmi adını almışdır. 2014-cü ildə Macarıstanın Debrecen Universitetində elmi tədqiqat işini davam etdirmişdir. 
 
Hal-hazırda məhsulların prototipinin hazırlanmasında sistem və kütləvi xidmət nəzəriyyəsinin tətbiqi ilə məşğuldur. Eyni zamanda sistem və kütləvi xidmət nəzəriyyənin Agile idarəetməyə tətbiqinin elmi və praktik məsələləri ilə məşğuldur. Karyerası müddətində Cybernet MMC, Azercell MMC, Koç Sistem Azərbaycan MMC, Qafqaz Universiteti, ADA Universiteti, Bakı Mühəndislik Universitetində müxtəlif vəzifələrdə işləmişdir. Uzun illərdir startup layihələri ilə məşğuldur. Beynəlxalq və yerli jurnallarda 20-dən çox elmi məqalələri çap edilmişdir.
 
Vebinarın keçirilməsində əsas məqsəd İnformasiya texlogiyaları ixtisasının gələcək perspektivlərinin müzakirəsi, Azərbaycanda sözügedən ixtisasın inkişafı, habelə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İnha Universiteti tərəfindən ali təhsilin bakalavriat səviyyəsində İnformasiya texlogiyaları ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbul barədə ətraflı məlumatın verilməsidir. Vebinar BMU-İNHA ikili diplom proqramı çərçivəsində İnformasiya texlogiyaları ixtisasının təşviqatı üçün nəzərdə tutulmuşdur.
Vebinar Bakı Mühəndislik Universitetinin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.