• 14.06.2021
  • 938
“2019-2023-cü il Dövlət Proqramı”ında doktorantların uğurları rubrikası çərçivəsində doktorant Günay Kazımzadə

 

Günay Kazımzadə hal-hazırda Almaniyanın Berlin Texniki Universitetində Komputer Elmləri-Süni İntellekt ixtisası üzrə təhsil alır.  Azərbaycan Respublikasının Prezident mükafatçısı olan Günay Kazımzadə Almaniya Federal Hakimiyyəti tərəfindən 5 ildə 50 milyon avro ilə maliyyələşdirilmiş və Süni Zəka, Blokçeyn, İoT kimi texnologiyalar ətrafında fokuslanmış Vayzenbaum İnstitutunda tədqiqatçı olaraq Süni Zəka, İnkusivlik və Qərəzlilik mövzusu ətrafında araşdırmalar aparır.

Doktorant 2018-ci ildə Google şirkətinin xanımlar üçün təhsis etdiyi Qrantın ilk Azərbaycanlı qalibidir. 2019-cu ildə o, Almaniya Federal Təhsil və Tədqiqat Nazirliyi tərəfindən “İlin Süni Zəka üzrə İlin Gənc Tədqiqatçısı” kimi nominasiya olunmuş və 100-dən çox nominant arasında qalib olmuşdur. TED-də Süni Zəka üzrə çıxış edən ilk Azərbaycanlı xanımdır. Avropada, Amerikada baş verən 100-dən çox elmi-texniki konfranslara dəvət almış və çıxışlar etmişdir.

Günay Kazımzadə 26-28 aprel tarixlərində həyata keçirilən Lütfi Zadəyə həsr olunmuş “Rəqəmsal İdarəetmə üçün Süni İntellekt” üzrə beynəlxalq konfrans və data müsabiqəsinin təşkilati komitəsinin rəhbəridir. Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılğı ilə həyata keçirilən konfransı dünyanın müxtəlif yerlərindən 4000-ə yaxın virtual izləyici izləmiş və 1000-ə yaxın müsabiqə iştirakçısı olmuşdur.

Azərbaycanda süni intellekt əsaslı texnologiyaların tətbiqinin sürətləndirilməsi, dünya ölkələri təcrübələri ilə tanışlıq, bu istiqamətdə və təşkilatçısı yeni çağırışlar və gələcəyə baxışların müəyyən olunması, süni intellekt ekosistemi haqqında cəmiyyətin maarifləndirilməsi, ölkədə bu sahəyə olan marağın artırılması, təşviq edilməsi, gələcək nəsillərə ixtisas seçimində mesajların ötürülməsi  məqsədi ilə uğurla həyata keçirdiyi beynəlxalq konfransdakı nailiyyətləri səbəbi ilə  Günay xanımı bir daha təbrik edir və gələcək işlərində  bol nailiyyətlər arzu edirik!