• 31.05.2021
  • 433
ADPU-CVU ikili diplom proqramının tələbələri ilə kurikulum islahatları və onların tətbiqi praktikasının müzakirəsi

ADPU-CVU ikili diplom proqramının tələbələri Təhsil Nazirliyinin Təhsilin məzmunu və qiymətləndirilməsi şöbəsinin müdiri Vəfa Yaqublu ilə Zoom proqramı vasitəsilə “Ənənəvi şənbə qonağı silsiləsi”ndə “Azərbaycanda ümumtəhsil məktəblərində kurikulum islahatları və onların tətbiqi praktikası, tədris prosesinin keyfiyyətli təşkili” mövzusunda növbəti görüş keçirmişlər. Qonaq məruzəçi səriştə əsaslı kurikuluma keçid təcrübəsi, onun çətinlikləri və uğurları, eləcə də qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat vermiş, tələbələri maraqlandıran sualları cavablandırmışdır.