• 05.05.2021
  • 504
Beynəlxalq ikili diplom proqramına müəllimlər üçün vakansiya

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ABŞ-ın nüfuzlu ali təhsil müəssisəsi olan Corc Vaşinqton Universiteti ilə birgə magistratura səviyyəsində həyata keçirilən "Təhsil və insan kapitalının inkişafı" ixtisası üzrə beynəlxalq ikili diplom proqramına müəllimlər üçün vakansiya elan edir. 

 

Ali təhsilli, minimum magistr dərəcəsi (PhD arzuolunandır), müvafiq sahə üzrə 5 illik iş təcrübəsi, Azərbaycan və ingilis dillərində səlis yazı və danışıq qabiliyyətlərinə malik namizədlər aşağıdakı fənlər üzrə aspu_gwu@adm.dp.edu.az elektron ünvanına 15 may 2021-ci il tarixinədək müraciət ünvanlaya bilərlər: 

 

- Riyaziyyat və statistika (Math & Statistics);

- Təhsildə  bərabərlik, müxtəliflik və inklüzivlik (Equity, Diversity and Inclusion in Education);
        - Təhsil psixologiyası (Educational Psychology);
        - Məlumat əsaslı qərarvermə (Data Driven Decision-making);

 

Qeyd edək ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramı 2020-ci tədris ilindən həyata keçirilir. Proqramda tədris ingilis dilindədir.