• 04.03.2021
  • 445
Ikili diplom proqramı üzrə məlumat sessiyası
ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin Kompüter elmləri və Data analitikası üzrə ikili diplom proqramı ilə maraqlananları 10 mart saat 17:00-da onlayn Məlumat sessiyasına dəvət edilir. Proqram magistr pilləsində iki il ərzində Bakıda və Vaşinqtonda tədris olunur. Bütün təhsil xərcləri “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” vasitəsilə və BP və tərəfdaşları tərəfindən maliyyələşdirilir. Qeydiyyat: events@ada.edu.az