• 22.02.2021
  • 1287
Media nümayəndələri üçün onlayn təlim
Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə onlayn silsilə təlimlərə start verilir. “2007-2015-ci il Dövlət Proqramı” məzunlarının iştirakı ilə 24 fevral 2021-ci il tarixində media üçün onlayn təlim keçiriləcək. Təlim "Sosial media marketinqi nədir?”, “SMM kanalları və onların özəllikləri”, “PR və təhsil sahəsində SMM-in rolu” mövzularını əhatə edir. Təlim saat 11:00-dan 13:00-dək nəzərdə tutulur. İştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün son tarix 23 fevral saat 20:00-dır. Qeydiyyat üçün link: https://form.jotform.com/210242852278454