• 03.02.2021
  • 1745
Vətən müharibəsi iştirakçısı olan xaricdə təhsil almış gənclərlə görüş
Təhsil nazirinin müavini Firudin Qurbanov 2 Fevral-Gənclər Günü münasibətilə Vətən müharibəsi iştirakçısı olan dövlət hesabına xaricdə təhsil almış gənclərlə onlayn görüş keçirib. Firudin Qurbanov görüş iştirakçılarını 2 Fevral - Gənclər Günü və  Vətən müharibəsində qazanılmış Qələbə münasibətilə təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralılarımızın tezliklə sağalmasını arzulayıb. Nazir müavini gənclər gününün təsis edilməsi və onun tarixi haqqında məlumat verib. Torpaqlarımızın işğaldan azad olunmasının xalqın, xüsusilə də gənclərin ölkə Prezidentinin dəmir yumruğu altında vahid bir güc olaraq birləşməsi və Müzəffər Ordumuz sayəsində mümkün olduğunu vurğulayıb. Bildirib ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə cəlb edilən, yaralıların müalicəsi üçün tibbi xidmətə könüllü yollananlar sırasında dövlət hesabına (dövlət proqramları və hökumətlərarası təqaüd proqramları) xaricdə təhsil almış şəxslər də olub. Firudin Qurbanov bunun qürurverici hal olduğunu qeyd edib. Görüşdə Vətən müharibəsi iştirakçısı olan dövlət hesabına xaricdə təhsil almış gənclər keçdikləri döyüş yolundan danışıb, bu prosesin iştirakçısı olmaqdan qürur duyduqlarını dilə gətiriblər.