• 10.08.2020
  • 893
Xaricdə təhsil alan tələbələrlə vətənpərvərlik mövzusunda onlayn konfrans keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşəbbüsü ilə 11 avqust saat 15:00-da "Xaricdə təhsil alan tələbələrlə vətənpərvərlik mövzusunda onlayn konfrans" baş tutub. Konfransda son aylarda xaricdəki soydaşlarımızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan ordusuna dəstək məqsədilə keçirdikləri aksiya və yürüşlər müzakirə olunub, ölkə xaricində yaşayan gənclərimizin bu yöndə görə biləcəkləri işlər müzakirə olunub. Onlayn konfrans Zoom proqramı vasitəsilə təşkil olunmuşdur. Bununla yanaşı, konfrans Azərbaycan Gənclər Fondunun facebook səhifəsi üzərindən də canlı yayımlanmışdır.